BİRJA

Bu ölkədə kriptobirja qaydalarını sərtləşdirdi
14 SENTYABR
134

Bu ölkədə kriptobirja qaydalarını sərtləşdirdi

2018-09-14 11:58:00

Meksikanın Mərkəzi Bankı, kriptobirja üçün yeni, daha sərt qaydaları təqdim etdi.

Fins.az banker.az-a istinadən Meksikada bütün kriptobirjalar və kripto xidmət göstərən banklar artıq Meksika Bankından icazə almağa məcburdurlar. Bu, hökumətin 10 sentyabr tarixli qərarı ilə nəzərdə tutulub.

Mərkəzi bank ölkə daxilində kriptomübadilənin  fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. İcazə almaq üçün, kripto-valyuta ilə işləyən bir şirkət fəaliyyətini təsvir edən ətraflı biznes-plan təqdim etməlidir.

Banklar da kripto-valyutanı dərhal istifadəçilərə təqdim edə bilməzlər, əgər hesab həmin gün yaranırsa. Maliyyə təşkilatları da kriptotreydinqə  cəlb edilmiş bütün müştəriləri müəyyənləşdirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258