BANK

Əmanətlərin Sığortalanması Fondunun sədri dəyişdi
14 SENTYABR
519

Əmanətlərin Sığortalanması Fondunun sədri dəyişdi

2017-09-14 18:41:00

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olunub.

 Bu gün Fondun Himayəçilik Şurasının iclası keçirilib. İclasda Himayəçilik Şurasının sədri vəzifəsinə Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Əliyar Məmmədyarov seçilib.

 Qeyd edək ki, bu vaxtadək Fondun Himayəçilik Şurasının sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov olub.

 
Bundan başqa, Fondun Himayəçilik Şurasının üzvlərində də dəyişiklik olub. Belə ki, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq AdıgözəlovHimayəçilik Şurasının üzvlüyündən kənarlaşdırılıb. Onun yerinə Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə seçilib. 

 © APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293