BANK

Avropa bankı "Təmiz Şəhər"ə 39 mln. dollar ayıracaq
14 İYUL 2017
533

Avropa bankı "Təmiz Şəhər"ə 39 mln. dollar ayıracaq

2017-07-14 17:07:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Təmiz Şəhər" ASC-yə 39 mln. dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bankdan verilən məlumata görə, qeyd edilən vəsait Bakı şəhəri və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı layihəyə yönəldiləcək.

Layihənin ümumi dəyəri 40,3 mln. dollar təşkil edir. Layihə çərçivəsində iki ötürücü stansiyasının və çeşidləmə qurğusunun tikintisi nəzərdə tutulub.

EBRD-nin Direktorlar Şurası kreditin ayrılması ilə bağlı məsələyə noyabrın 1-də baxacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267