BANK

​Azərbaycanda daha bir lizinq şirkəti maliyyələşməni məhdudlaşdırıb
04 AVQUST 2016
601

​Azərbaycanda daha bir lizinq şirkəti maliyyələşməni məhdudlaşdırıb

2016-08-04 16:32:00

"Parex Leasing and Factoring" MMC lizinq xidmətinə fasilə verib. Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

"Maliyyələşdirmənin dayandırılması təsisçinin qərarıdır və səbəbi barədə açıqlama verə bilmərik. Yəqin ki, nə vaxtsa xidmətimizi bərpa edəcəyik", - deyə "Parex Leasing and Factoring"dən bildirilib.

Xatırladaq ki, adı çəkilən şirkət Azərbaycanda 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. ABŞ dollarıdır. "Parex Leasing and Factoring" 100% Latviya vətəndaşı olan İqor Osipenkoya məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300