AVTO

Bakıda “Kitayski Prado” satışa çıxarılır –QİYMƏT
19 İYUN
5813

Bakıda “Kitayski Prado” satışa çıxarılır –QİYMƏT

2017-06-19 13:02:00

İyunun ayının sonunda Bakıda “Kitayski Prado” satışa çıxarılacaq. Söhbət “Toyota Prado”nun oxşarı olan Çin maşını “Haval H9”dan gedir. Bu barədə Fins.az-a avtomobillərin rəsmi təmsilçisi “Haval Azərbaycan”dan bildirilib.

“Haval H9” bəzi yeniliklərlə sələfini üstələyir. Belə ki, yeni “Haval H9”un 2.0 turbo mühərrikinin gücü 218 at gücündən 251 at gücünə qədər artırılıb. Bununla bərabər modelin qarışıq yanacaq sərfiyatı 12,1 litrdən 11 litrə qədər azaldılıb. 6ZF avtomat sürət qutusu 8 ZF sürət qutusu ilə əvəzlənib.

Avtomobilin idarəetmə paneli dəyişib və iri monitor əlavə edilib. Ön oturacaqlara isitmə, soyutma və masaj sistemi əlavə edilib. Avtomobilin ön bamperləri yeni görmək alıb, elektron yastıqlar əlavə edilib.

Avtomobilin kuzovunun “Toyota Prado” ilə oxşar olmasına gəlincə, “Haval Azərbaycan”ın satış meneceri Elçin Muqumov Fins.az-a bildirib ki, avtomobillərin ölçüləri fərqlidir. “Haval H9” “Toyota Prado”dan 4 sm enli, 6 sm hündür və 8 sm uzundur. E.Muqumov avtomobili təhcizatına görə, “Prado”dan daha çox “Lexus 460” daha yaxın olduğunu bildirib: “Yalnız fərq ondadır ki, “Haval H9” daha kiçik, 2.0 l mühərriklə təhciz edilib”.

E.Muqumov bildirib ki, “Kitayski Prado” orijinal “Prado”dan 11 500 manat ucuz olacaq. Belə ki, hazırda “Toyota LC Prado”nun qiyməti 72 700 manatdan başlayır. “Haval H9” isə 61200 manata satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296