SƏNAYE

BP istehsalı azaltmağa hazırdır – AÇIQLAMA
26 YANVAR 2017
566

BP istehsalı azaltmağa hazırdır – AÇIQLAMA

2017-01-26 14:40:00

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması təşəbbüsünə qoşulan ölkələr tələb etsələr BP həmin ölkələrdə istehsalı azaltmağa hazırdır.

Bunu BP-nin baş icraçı direktoru Robert Dadli bəyan edib.

R.Dadli bildirib ki, şirkət bu məsələni təkbaşına həll etmir. Bu, BP-nin neft hasilatı ilə məşğul olduğu ölkələrin tənzimləyici qurumlarının səlahiyyətinə daxildir.

“Biz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstəririk və faktiki olaraq hasilatı aşağı salmırıq. Hazırda biz Əbu-Dabidə istehsalla məşğuluq. Azərbaycan hasilatı azaldacağını bəyan edib. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu, tənzimləyici qurumların - həmin ölkənin işidir”, - deyə BP-nin baş icraçı direktoru R.Dadli əlavə edib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258