"Atəşgah" Sığorta Şirkəti Software tester vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase-lərin hazırlanması
- Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi
- GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı:I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
- İş günü:5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Şirkətin təklifləri:
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (texniki), Rus (arzuolunandır)
- SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri
- Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)
- GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)
- Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)
- Unit testing üzrə ilkin biliklər
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı
Müraciət üçün qeyd edilmiş LİNKƏ keçid edəbilərsiniz.
Zemfira Ms
Fins.az