SIĞORTA

24 Noyabr

PAŞA Sığorta“Corpowid” şirkətinin dəstəyilə korporativ vebsaytında müyəssərlik xidmətini aktivləşdirdi!

Fins.az xəbər verir ki, PAŞA Sığorta rəqəmsal təcrübənin hamı üçün əlçatan olmasını təmin etmək məqsədilə “Corpowid” şirkəti ilə birgə yeni missiyaya başlayıb.

İnkluzivlik məqsədilə başladılan bu layihədə PAŞA Sığorta şirkətinin korporativ vebsaytına daxil olan hər kəs asanlıqla onlayn xidmətlərdən faydalanala biləcək.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Zemfira Ms
Fins.az