VAKANSİYA

23 Sentyabr

Baku Electronics: Beynəlxalq hüquqi sənədlərlə iş təcrübəsi olan kadr AXTARILIR

Baku Electronics hüquqşünas vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • İqtisadiyyat Nazirliyinin Antiinhisar idarəsinin və digər istehlakçı hüquqlarının müdafiəsi təşkilatlarının məktublarını araşdırmaq və cavablandırmaq;
  • Rus və ingilis dilində olan müqavilələri oxumaq, qeydlər etmək və şöbə müdirinə müvafiq müqavilə barədə ətraflı məlumat vermək; 
  • Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək;
  • Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin tərcüməsi işini həyata keçirmək;
  • Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin leqallaşdırılması və apostil olunması üçün Xarici İşlər Nazirliyinə müraciət etmək;
  • Departament direktoruna, şöbə müdirinə işlər barədə hesabat vermək;

Tələblər:

  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək; 
  • Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək;
  • Loyallıq və şirkət qaydalarına riayət etmək;
  • İnkişafa meylli olmaq;
  • Təşəbbüskar olmaq;
  • Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Hüquq sahəsində minimal 5 il iş təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Baş ofis
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

Zemfira Ms
Fins.az