VAKANSİYA

13 Sentyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi
  • Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması
  • Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqi
  • NGFW, WAF, NAC sistemlərinin qurulması, optimizasıyası və idarə edilməsi.
  • Mail Security, Endpoint Security (AV, XDR), Data Security (DBF, DAM) məhsulları üzrə işləmə bacarığı.
  • Məlumat sızmasının qarşısının alınması sistemlərinin (DLP) sazlanması, idarə edilməsi.

Tələblər:

  • İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri ixtisasları üzrə ali təhsil
  • İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması
  • Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər
  • Unix/Linux, Windows və s. əməliyyat sistemləri
  • DBA , SQL, scripting bilikləri və sertifikatlara üstünlük verilir
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır)

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.