VAKANSİYA

12 Sentyabr

“Real” 13 ildən sonra

“Real” mövsümün startında ardıcıl 7-ci qələbəsini qazanıb.

Madrid klubu İspaniya La Liqasının V turunda “Malyorka” ilə görüşüb.

Karlo Ançelottinin yetirmələri 4:1 hesablı qələbə qazanıb. “Kral klubu” La Liqada 5 oyunda 15 xal toplayıb və çempionatın lideridir. Madridlilər UEFA Superkuboku və Çempionlar Liqasındakı ilk matçda da qalib gəlib.

“Real” 13 ildən sonra La Liqaya belə uğurlu başlayıb. “Kral klubu” 2009/10 mövsümündə də çempionatın ilk 5 turunu itkisiz keçib.