VAKANSİYA

12 Sentyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Birbaşa satışlar bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;

·        Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;

·        Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;

·        Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;

·        Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;

·        Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;

·        Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər

  • Ali təhsil;

·        Məsuliyyətlilik;

·        Operativlik;

·        Qərar qəbuletmə bacarığı;

·        Kollektivdə işləmə bacarığı;

·        Müştərilərlə danışma qabiliyyəti;

·        Microsoft Office proqramları üzrə biliklər.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.