TENDER

29 Fevral

Dəftərxana ləvazimatları, katric təmiri və dolumunun satınalınması - TENDER

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Culfa Rayon Yol Təmir Tikinti İstismar İdarəsi dəftərxana ləvazimatları, katric, katric təmiri və katric dolumunun satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 10 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 0600008841
Satınalan təşkilatın ünvanı: Culfa şəhəri Heydər Əliyev prospekti 47.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az