TENDER

16 Oktyabr

Yeni Klinika tender elan edir

Satınalan təşkilatın adı: "YENİ KLİNİKA" PUBLİK HÜQUQİ ŞƏXSİ

Satınalan təşkilatın VÖEN-i: 1604005991

Satınalan təşkilatın ünvanı: H.Əliyev pr 142

Musabiqənin adı: Sosial Media Marketinq xidməti

ÜSL kod (kateqoriya) - 79342000-3 Marketinq xidmətləri,

Müsabiqənin başlama tarixi və vaxtı

12.10.2022 18:30

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

02.11.2022 12:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı

14.11.2022 12:00

Zərflərin açılış tarixi və vaxtı

15.11.2022 12:00

İştirak haqqı: 150 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Qalib şirkət xidməti Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142 ünvanında yerləşən Müəssisə üçün göstərəcəkdir

ÇATDIRILMA MÜDDƏTİ

Satınalma müqaviləsi imzalandıqdan sonra qalib şirkət 5 iş günü müddətində iş həcmində qeyd olunan təlabata uyğun xidmətin göstərilməsinə başlamalı və bazar günləri istisna olmaqla gündəlik xidmət göstərməlidir. Müəyyən olunmuş iş həcmi 12 aylıq xidmət üçün nəzərdə tutulub.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqavilə üzrə ödənişlər aylıq xidmət göstərildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN