SOSİUM

15 Mart

Bakıda bu avtobus hərəkət sxemini dəyişdi

Bakıda 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.