SOSİUM

12 Mart

Bakı Limanından yola salınan TIR-ların sayı 30 faizə yaxın artıb

️2020-ci ildə Bakı Limanından aşırılan iri həcmli nəqliyyat vasitələrinin sayı rekord səviyyədə olub.

Bu barədə  limandan bildiriblər. Ötən il Bakı Limanından yola salınan irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 43 218 ədəd olub ki, bu da 2019-cu illə müqayisədə 28 % artım deməkdir.

Bu nəqliyyat vasitələrindən 27 934 ədədi (65%) Bakı-Türkmənbaşı-Bakı, 15 284 ədədi isə (35%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.