SOSİUM

13 Mart

Pensiya ilə bağlı təklif: Əmək müqaviləsi ləğv edilməsin

Pensiya ilə bağlı təklif: Əmək müqaviləsi ləğv edilməsin!

Fİns.az xezerxeber.az-a istinadən bildirir ki, pensiya yaşına 7 il qalmış kişilər, 10 il qalmış isə qadınların işdən çıxarılması qadağan edilsin. Belə bir təkliflə ombudsman çıxış edib. Təcrübə göstərir ki, 50 yaşdan sonra işdən çıxarılan insanlar yenidən iş tapmaqda böyük çətinliklərlə üzləşirlər. Bəs  məsələ necə tənzimlənə bilər. Həm işçi  çətinlik çəkməsin eyni zamanda qadağadan sui-istifadə hallarına da yol verilməsin.. Ekspertlərin təkliflərini öyrənmişik.

Hazırda əmək bazarında yaşanan ən əsas problemlərdən biri pensiya yaşına çatmağa az qalmış işdən çıxarılan vətəndaşların bundan sonra iş tapa bilməməsidir. Buna səbəb isə odur ki, şirkətlər işçi qəbul edəndə onlardan uzun müddətdə faydalanmaq üçün daha çox gənclərə üstünlük verirlər. Bu isə 50 yaşın üzərində işdə çıxan insanların işsiz qalması ilə nəticələnir.

Bu problemlərin geniş yayılması səbəbindən Ombudsman vətəndaşların pensiyaya çıxmasına müəyyən müddət qaldıqdan sonra onların işdən çıxarılmasının qadağan edilməsini təklif edib. Bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir. Ekspert  Sahib Məmmədov bildirir ki, bu çoxlu sayda insanın əmək hüquqlarının qorunmasına, eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsinə böyük dəstək olar. Ancaq Sahib Məmmədov düşünür ki, müddətlər uzun olduğundan problemlər yarada bilər və buna görə onları azaltmaq daha effektli olar.

Sahib Məmmədov bildirir ki, bu təkliflə yanaşı işçilərin hansı hallarda işdən azad edilə biləcəyi məqamlar da göstərilməlidir. Çünki, bundan sui-istifadə halları ola bilər.

Onu da qeyd edək ki, təklifin əmək Məcəlləsinin 79-cu maddəsinə əlavə edilməsi tövsiyyə olunub. Bunun reallaşması üçün isə təklif milli məclis tərəfindən qəbul edilməli və bundan sonra əmək məcəlləsinə əlavə edilməlidir.