SOSİUM

02 Mart

Bu ay 2371 nəfərə əmək pensiyası təyin olunudu

Fevral ayı ərzində yaşa görə əmək pensiyası təyin olunan şəxslərin sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, fevral ayında 2371 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub:

“Onların 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir”.