SOSİUM

30 Aprel

Mayın ilk gününə olan HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 01-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 9-13° isti, gündüz  18-22° isti,

Bakıda  gecə 10-12° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Mayın 01-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcəyi, lakin  gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.  Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 7-12° isti, gündüz  21-26° isti, dağlarda gecə 2-6° isti,

gündüz  8-13°  isti olacaq.