SOSİUM

27 Aprel

Dövlət Sosial Müdafiə Fondunda təyinat olub

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Fins.az-ın  əldə etdiyi məlumata görə, Yavər Məmmədov DSMF-in Mərkəzi Maliyyə və Uçot şöbəsində şöbə müdiri təyin edilib. O, cari aydan başlayaraq Fondda bu vəzifədə çalışacaq.

Buna qədər isə DSMF-də direktor müşaviri vəzifəsində çalışırdı.

DSMF – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.

© Banker