SOSİUM

27 Aprel

41 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Son 26 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.