SOSİUM

06 Aprel

Yağış yağacaq, duman olacaq – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 07-də

Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti,

Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. 

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,

dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq.