SOSİUM

11 Mart

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşımalar 2,4%, yükdaşımalar isə 4,1% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda 310,4 mln. sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,4% çoxdur.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkənin nəqliyyat sektorunda yük daşınması ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 4,1% artaraq 34,1 mln. ton təşkil edib.