SOSİUM

11 Mart

Milli Məclisin deputatlarına vəsiqələrin veriləcəyi tarix açıqlandı

VI çağırış Milli Məclisin üzvlərinə deputat vəsiqələrinin veriləcəyi tarix məlum olub.

Fins.az-ın xəbərinə görə, parlamentin martın 13-də keçiriləcək plenar iclasında VI çağırış Milli Məclisin deputatlarına vəsiqələr təqdim olunacaq.

Deputat vəsiqələrini parlament üzvlərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.