SOSİUM

11 Mart

Azərbaycan əhalisinin gəlirləri 9%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 8 301,5 milyon manat təşkil edib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 8% artaraq 834 manata çatıb.