Azərbaycanda mülki məsuliyyətin sığortası üzrə yığımlar azalıb.
Fins.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 19 milyon 27 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 302 min manat və ya 1,6% azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 19 milyon 328 min manat təşkil edib.
Bundan başqa, bu növ sığorta üzrə ödənişlər 137 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 20 min manat və ya 17% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 117 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 0,6%, 2023-cü ildə 0,7% təşkil edib. İllik müqayisədə 0,1%-lik artım qeydə alınıb.
Fuad Mədətov
Fins.az