SIĞORTA

27 Oktyabr

Azərbaycanda bəzi sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Azərbaycan Sənaye Sığorta” ASC-dir. Bu şirkət 9 ay ərzində 27,458 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 2,014 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azsığorta" ASC-dədir. Bu şirkət ötən 9 ayda 6,575 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 48,9% azalaraq 2,358 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az