SIĞORTA

26 Oktyabr

Azərbaycanda sığorta ödənişlərinin 83%-i bəzi sığorta şirkətlərinin payına düşür

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 400,387 milyon manat sığorta ödənişinin 332,263 milyon manatı və yaxud 83%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (200,038 milyon manat), “PAŞA Sığorta” (67,62 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (27,458 milyon manat), “Atəşgah Həyat Sığorta” (19,086 milyon manat) və “Xalq Sığorta” (18,061 milyon manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (14 min manat), “İpək Yolu Sığorta” (167 min manat), “Naxçıvan Sığorta” (690 min manat), “Xalq Həyat Sığorta” (1,366 milyon manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,408 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,645 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,9%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 64,479 milyon manat (16,1%) təşkil edib.

Fuad Mədətov
Fins.az