Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 937,238 milyon manat sığorta haqqının 757,125 milyon manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (402,759 milyon manat), "PAŞA Sığorta" (226,577 milyon manat), “Atəşgah Həyat Sığorta” (48,934 milyon manat), “Qala Sığorta” (47,969 milyon manat) və “Atəşgah Sığorta” (30,886 milyon manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (2,126 milyon manat), "Meqa Həyat Sığorta" (3,316 milyon manat), “Bakı Sığorta” (4,08 milyon manat), “Günay Sığorta” (4,302 milyon manat) və “Azsığorta” (6,566 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 20,39 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 159,723 milyon manat (17%) təşkil edib.
Fuad Mədətov
Fins.az