Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar 455,74 milyon manat təşkil edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 25,9% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 26,7% artaraq 177,34 milyon manata çatıb.
Fuad Mədətov
Fins.az