Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249,863 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 40,6% çoxdur.
Hesabat dövründə il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,7% artaraq 80,235 milyon manata çatıb.
Fuad Mədətov
Fins.az