Bu ilin yanvar-avqust aylarında “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 13,7 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,3% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 4,6 dəfə artaraq 1,3 milyon manat olub.
Fuad Mədətov
Fins.az