SIĞORTA

23 Oktyabr

Qala Həyat Sığorta-nın yığımları artıb

Bu ilin yanvar-avqust aylarında “Qala Həyat Sığorta” ASC 17,9 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 35,2% artaraq 2,2 milyon manat olub.

Fuad Mədətov
Fins.az