SIĞORTA

23 Oktyabr

Bakı Sığorta-nın yığımları 12,9% azalıb

Bu ilin yanvar-avqust aylarında “Bakı Sığorta” ASC 3,7 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% azdır.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 7,9% artaraq 1,8 milyon manat olub.

Fuad Mədətov
Fins.az