SIĞORTA

19 Oktyabr

Azərsığorta-nın yığımları 2,8 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında “Azərsığorta” ASC 22 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.  

Son 1 ildə şirkətin sığorta ödənişi isə 33,7% azalaraq 10,15 milyon manat olub.

Fuad Mədətov
Fins.az