SIĞORTA

09 Oktyabr

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası yığımlar 2,1 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 11,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 14,6 dəfə artaraq 0,8 milyon manat olub.

Fuad Mədətov
Fins.az