SIĞORTA

12 İyul

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta bazarı böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 39,3 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 40,8% azalaraq 0,9 milyon manat olub.