SIĞORTA

08 May

Azərbaycanda 6 sığorta şirkətinin aktivləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.

Fins.az xəbər verir ki, bunlar “Günay Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Meqa Sığorta”, “Azsığorta”, “Atasığorta” və “Azərsığorta” ASC-lərdir.

Ən çox azalma “Azərsığorta”da (64,8%), ən az azalma isə “Günay Sığorta”da (0,2%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin isə aktivləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Sığorta” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1,9%) qeydə alınıb.