2022-ci ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanın sığorta şirkətləri tərəfindən 491 milyon 605 min manat sığorta haqları hesablanıb.
"Fins.az" xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında sığorta şirkətlərinin hesabladıqları sığorta haqları 39 milyon 239 min manat və ya 8,7% artıb.