Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.
"Fins.az"xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı arasında görüş keçirilib.
Görüşdə təhsil sektoruna aid sığorta xidmətlərinin inkişafı, tələbələr arasında sığorta məlumatlılığının formalaşdırılması, tələbələrin sığortaya cəlb edilərək sertifikatlaşdırılma imkanları və s. digər məsələlər geniş müzakirə edilib.
Tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.