Müştərilərinə göstərdiyi xidmət keyfiyyətini günü-gündən daha da artıran PAŞA Sığorta etibar, sadiqlik və əməkdaşlığa görə təşəkkürünü bildirmək məqsədilə korporativ müştəriləri üçün xüsusi tədbir təşkil edib.
Belə ki, martın 10-da PAŞA Sığorta əməkdaşlıq etdiyi bir çox şirkətin nümayəndələrini “Cinema Day” tədbirinə dəvət edib. Münasibətləri daha da möhkəmləndirmək, PAŞA Sığorta ailəsinin vacib bir hissəsi olduqlarına görə təşəkkür etmək imkanı verən tədbirdə korporativ müştərilər əyləncəli vaxt keçirib.
Tədbirdə 20-dən çox şirkətin əməkdaşları iştirak edib. Film nümayişi öncəsi müştərilərin xoş vaxt keçirə bilməsi üçün tədbir DJ performansı ilə müşayiət olunmuşdur. Tədbir boyunca müxtəlif şirkətlərin əməkdaşları bir-biri ilə tanış olaraq yeni biznes əlaqələri qurmaq fürsətini dəyərləndiriblər.Tədbirdə PAŞA Sığortanın KASKO sığorta növü üzrə maskotu KASKİ də iştirak edib.Daha sonra CinemaPlus-da yerləşən “PAŞA Sığorta“ zalında müştərilər və şirkət əməkdaşları birlikdə Наемник (Muzdlu) filmini seyr ediblər.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.