Cari ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanılıb.
Bu barədə Fins.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir.
Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.
Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb. Hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Fuad Mədətov
Fins.az