SƏNAYE

06 Noyabr

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 1116,5 milyon dollar təşkil edib

Bu il bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1116,5 milyon dollar təşkil edib. Bu, ötən il ilə müqayisədə 0,23% azalma deməkdir.

Bu barədə Fins.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bp-nin 241 kiçik və orta müəssisə üzrə xərcləri 338,6 milyon dollar, 28 dövlət şirkəti üzrə xərcləri isə 35 milyon dollar təşkil edib.

Həmçinin bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 476,9 milyon dollar, 86 şirkət üzrə xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 266 milyon dollar xərcləyib.

Fuad Mədətov
Fins.az