Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 4-7 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq neft sərgisi və konfransı olan “Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı - ADIPEC 2024”də iştirak edir.
Fins.az xəbər verir ki, SOCAR bu barədə özünün “X” sosial şəbəkəsində məlumat paylaşıb. Paylaşımda SOCAR-ın sərgidə öz stendi ilə təmsil olunduğu qeyd olunub.
Qeyd edək ki, ADIPEC 2024 konfransında insanlara və planetə fayda verəcək ümumi iqtisadi transformasiyanı sürətləndirməkdə enerjinin rolu müzakirə edilir. Konfransa 16,500-dən çox nümayəndə, 1,600-dən çox spiker qatılıb və 350-dən çox sessiyanın keçirilməsi planlaşdırılır.
Fuad Mədətov
Fins.az