SƏNAYE

04 Noyabr

Serbiya Rusiyadan əlavə təbii qaz almağa başladı

Fins.az - Serbiya noyabrın 3-dən etibarən Rusiyadan əlavə həcmdə təbii qaz idxal edəcək.

Mövcud təchizat müqaviləsinə əlavə olaraq, Serbiya Rusiyadan gündəlik 5 milyon kubmetr qaz alacaq. Bu həcm üçün təyin olunan qiymət isə Avropa birjalarında bazar qiymətlərindən aşağıdır. Bununla da “Srbijagas” şirkətinin qış mövsümündə daxili tələbatı ödəməyə tam hazır olacağı bildirilib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç oktyabrın 20-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra ölkəsinin qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətə təbii qaz alacağını bildirmişdi.