SƏNAYE

20 May

Gürcüstanın Azərbaycandan qaz idxalı azalıb

Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 92,8 milyon ABŞ dolları dəyərində 609,1 milyon kubmetr həcmində təbii qaz tədarük edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz azdır.