SƏNAYE

19 May

Gürcüstan İsraillə birgə avtomat istehsal edəcək

Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə İsraillə birgə müəssisə yaradılacaq.

Bununla bağlı əmədakşlıq sazişi imzalanıb.

Sənədi Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və İsrail şirkətinin nümayəndələri imzalayıblar.

Müasir avadanlıqlarla təchiz ediləcək birgə müəssisədə M-4 tipli avtomatlar istehsal olunacaq. Silahlar həm Gürcüstanın Müdafiə Qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.

Gələcəkdə müəssisədə digər silah-sursatların da istehsalı planlaşdırılır.

(c)Report