SƏNAYE

11 Noyabr

İraq və Səudiyyə Ərəbistanından OPEC qərarları ilə bağlı AÇIQLAMA

İraq və Səudiyyə Ərəbistanı OPEC qərarlarına sadiq qaldıqlarını açıqlayırlar. İraq Baş naziri Mustafa əl-Kazimi və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Petrol İxrac edən Ölkələr Təşkilatının (OPEC) qərarlarına sadiq olduqlarını bir daha vurğulayıblar.

Kazımi və Selmanın telekonfrans vasitəsi ilə keçirdiyi görüşdən sonra edilən ortaq yazılı şərh Səudiyyə Ərəbistanının SPA xəbər agentliyində yayımlayıb.

Bəyanatda tərəflər enerji sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və OPEC və bəzi OPEC-ə üzv olmayan neft istehsal edən ölkələrdən ibarət olan OPEC-in neft mövqelərində əlaqələndirilməsinin vacibliyinə işarə ediblər.

Kazımi və Bin Selman, qlobal neft bazarında həm ixracatçılar, həm də istehlakçılar üçün ədalətli və əlverişli neft qiymətləri müəyyənləşdirmək üçün qəbul edilmiş bütün qərarlara sadiq olduqlarını təkrarlayıblar.

Tərəflər, həmçinin iki ölkə arasındakı Arar Sərhəd Qapısının gələn həftə açılacağını və fəaliyyətə başlayacağını və Bağdaddakı Səudiyyə Ərəbistanı Ticarət Attaşesinin yaxın vaxtlarda işə başlayacağını qəbul edibilər.

Enerji, elektrik, neft, sənaye və ətraf mühit nazirliklərinin səlahiyyətlilərindən ibarət Səudiyyə Ərəbistanı heyəti bazar günü Bağdada gəlib. 

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi müstəqil istehsalçılar 2016-cı ilin noyabrında "2017-ci ilin əvvəlindən 2018-ci ilin dekabrına qədər gündəlik neft hasilatını 1,8 milyon barrelə endirmək" qərarına gəliblər. Nəhayət, Venesuela Neft Naziri və OPEC Konfransının sədri Manuel Quevedo, 1 iyul tarixli açıqlamasında, OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin gündəlik neft hasilatının azaldılması ilə bağlı keçən ilin dekabrında qəbul edilmiş qərarın 9 ay uzadıldığını elan edib.