SƏNAYE

11 Noyabr

Azərbaycan Ukraynaya 216 milyon dollar dəyərində neft ixrac edib

2020-ci ilin yanvar-oktyabr aylarında Ukrayna 2019-cu ilin eyni dövrü ilə müqayisədə neft və neft xammalı idxalını 1,7 dəfə yəni 438,332 min ton artıraraq - 1 milyon 54,142 min tona çatdırıb

Dövlət Gömrük Xidmətindən verilən məlumata görə, bu müddət ərzində 344,853 milyon dollar dəyərində xammal idxal olunub ki, bu da yanvar-oktyabr-2019-cu illə müqayisədə 9,3% çoxdur.

Ukrayna 2020-ci ilin yanvar-oktyabr aylarında və 2019-cu ildə neft və neft xammalı ixrac etməyib.