SƏNAYE

14 İyul

“Azərişıq” aqroparkların elektrik işlərinin podratçılarını seçir

“Azərişıq” ASC Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi məqsədilə podratçılar seçir. Bu barədə ASC-nin elanında deyilir.

Seçim açıq tender üsulu ilə keçirilir. İşlərin həcminə hər iki rayonda aqroparkların suvarma suyu ilə təmin edilməsi və Şəki rayonunda elektrik təchizatının təşkili daxildir.

Tenderdə zəruri maliyyə və texniki imkanlara nalik olan şirkətlər iştirak edə bilər.

Hər lotda iştirak haqqı – 400 manatdır.

Şirkətlərdən tender təklifləri 31 avqust saat 16:00-dək qəbul olunur. Tender proseduru 1 sentyabr saat 16:00-da baş tutacaq.

Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.